26 C
Baku
Sunday, June 23, 2024

“Politico” yazır ki, Aİ və NATO Rusiyanı Ukraynanı tərk etməyə dair sənəd hazırlayır

Enerji təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığımız var və bu, ortaq strateji məqsəddir.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi doktor Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində dinləmələr zamanı deyib.

“ABŞ Xəzər dənizindən Avropaya təbii qazın çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizinin tamamlanmasını hər zaman güclü şəkildə dəstəkəyib. Bu layihə Avropanın enerji təchizatının şaxələndirilməsinə, alternativlərə töhfə verib ki, hazırda Rusiyanın Ukraynadakı müharibəsi fonunda bu, ABŞ-ın prioritet siyasətidir. Hazırda ABŞ Türkmənistan qazının Azərbaycandan keçərək Avropaya çatdırılması ilə bağlı potensial yolları araşdırır”,- deyə Donfrid bildirib.

Onun sözlərinə görə, iyulda Avropa Komissiyasının prezidenti Bakıya səfər edərək Azərbaycan hökuməti ilə təbii qazın ixracının 2027-ci ilədək iki dəfə artırılması ilə bağlı razılaşma imzalayıb.

Donfrid bildirib ki, bir neçə Avropa ölkəsi qaz təchizatının təhülkəsizliyi üçün Azərbaycan qazını almağa maraq göstərir.

“Azərbaycanın həmçinin nəzrəçarpacaq bərpa olunan enerji potensialı var. Biz xüsusilə külək enerjisi istiqamətində bu ölkəyə kömək edirik.

Mən həmçinin Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı da qeyd etmək istərdim. Bu, Avropanın illər öncə enerjinin şaxələndirilməsi diplomatiyasının və ABŞ-Azərbaycan əməkdaşlığının uğurudur.

Azərbaycan regionun neft və qaz ehtiyatlarının bazarlara çıxarılması üçün müxtəlif marşrutlara malik olmasını aydın şəkildə dərk edir”, – deyə ABŞ dövlət katibinin köməkçisi əlavə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər