9 C
Baku
Monday, November 18, 2024

Polkovnik MTN generalına qarşı 800 minlik iddia qaldırdı

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Banker.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Nizami Şirinovun anket məlumatları dəqiqləşdirilən zaman 5 ildir təqaüddə olduğu məlum olub.

Daha sonra prosesdə zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkənlərdən Rahib Ağayevin uzun müddət general Yaşar Aydəmirovun sürücüsü olduğu və hazırda işləmədiyi bildirilib.

Zərərçəkən şəxslərdən Mirzəli Yusifov təqsirləndirilən şəxslərə qarşı maddi ziyana görə 315 min dollar, mənəvi ziyana görə isə 300 min manat mülki iddia qaldırıb.

Prosesdə Nizami Şirinovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edilib.

Hakimlər kollegiyası tərəfindən vəsatət təmin edilməyib.

M. Yusifovun verdiyi mülki iddia məhkəmə icraatına qəbul edilib.

Məhkəmə baxışı oktybrın 7-nə təyin edilib.

Son xəbərlər
Digər xəbərlər