Polşa Ukraynaya F-16 qırıcılarını verməyəcək.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyinə yaxın mənbə məlumat yayıb.
Bundan əvvəl Volodimir Zelenski Polşanın baş naziri Donald Tusk ilə görüşdən sonra Polşa hökumətindən Kiyevə F-16 qırıcılarını tez bir zamanda qəbul etməyə imkan verəcək müsbət qərar aldığını bildirmişdi.
“Biz Polşa F-16 qırıcılarının təhvil verilməsindən danışmırıq, onlar ölkədə qalır və Polşa səmasını qoruyurlar”, – Polşanın bəyanatında deyilir.
Qeyd edək ki, Danimarka, Norveç, Hollandiya və Belçika Ukraynaya 60-dan çox F-16 verməyi planlaşdırır.