Polşa Avropa İttifaqının (Aİ) 2023-cü ildə Ukraynaya 18 milyard avro maliyyə ayırmasını dəstəkləməyib.
Bu barədə “Politico” Aİ diplomatlarına istinadən məlumat yayıb.
Aİ ölkələrinin daimi nümayəndələri ittifaqdakı iri şirkətlərin mənfəətinə minimum 15 % verginin tətbiqini təsdiqləyiblər.
Bu barədə Polşa və Macarıstan danışıq aparıblar.
Bundan əlavə, nazirlər səviyyəsində ölkələr 2023-cü ildə Ukraynaya 18 milyard avro ayırmaq barədə razılığa gəliblər.
Nəşr qeyd edib ki, Aİ ölkələrinin başçıları Ukraynaya dəstəyi əks etdirən xərclər paketi, Macarstanda vergi islahatlarını təsdiq etməlidir.
Əgər bəndlərdən ən azı birinə veto qoyularsa, o zaman bütün paket qəbul olunmayacaq.