Polşa ABŞ-dan 15 milyard dollar dəyərində “Patriot” zenit-raket kompleksləri alacaq.
Bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Məlumata görə, sövdələşmə çərçivəsində 48-ə qədər “Patriot PAC-3” buraxılış qurğusu və 644-ə qədər “Patriot PAC-3 MSE” raketi, həmçinin radar və idarəetmə komponentləri satılacaq.
Silah ixracına nəzarət edən Dövlət Departamenti sazişi təsdiqləyib. “Planlaşdırılan saziş Polşanın raketdən müdafiə qabiliyyətini təkmilləşdirəcək və Polşanın hərbi potensialının təkmilləşdirilməsi məqsədlərinə nail olmağa kömək edəcək, eyni zamanda ABŞ və digər müttəfiqlərlə qarşılıqlı fəaliyyət qabiliyyətini daha da artıracaq”, – açıqlamada deyilir.