Polşa ABŞ ilə “M1A2 Abrams” əsas döyüş tankı üçün müqavilə imzalayıb.
Sözügedən razılaşma ilə Polşa ABŞ-dan 250 ədəd tank alacaq.
Polşanın müdafiə naziri Mariuş Blaşçak qərarın ölkəsinin təhlükəsizliyi üçün çox əhəmiyyətli olduğunu və müdafiə qabiliyyətini gücləndirəcəyini bildirib.
Qeyd edək ki, Varşava ABŞ-a 250 məsafədən atəş sistemi, 26 texniki təhlükəsizlik maşını, 276 M2 pulemyot və 500 M240C pulemyotu almaq üçün müraciət edib. ABŞ-ın Polşanın müraciətinə müsbət cavab verib.
Müqavilənin dəyərinin 6 milyard dollar olacağı təxmin edilir.