Polşanın Orlen enerji şirkəti Amerikanın Sempra şirkəti ilə maye təbii qazın tədarükü üzrə uzunmüddətli müqavilə imzalayıb.
Müqavilənin imzalanması mərasimi çərşənbə günü Varşavada baş tutub.
Müqavilə 20 il ərzində ABŞ-dan ildə 1 milyon ton qaz tədarükünü nəzərdə tutur. Orlen-in rəhbəri Daniel Obaytekin bildirdiyinə görə, müqavilənin reallaşdırılmasına 2027-ci ilin əvvəlindən başlanılacaq.