16 C
Baku
Wednesday, October 16, 2024

Polşa Almaniyadan 1.3 trilyon dollar təzminat tələb edir

Polşa İkinci Dünya Müharibəsində vurduğu zərərə görə, Almaniyadan 6.2 trilyon zlot (1.32 trilyon dollar) təzminat tələb edəcək.

Bu barədə hakim “Hüquq və Ədalət” partiyasının lider Yaroslav Kaçinski deyib.

O bildirib ki, təzminat tələb etmək Polşanın öhdəliyidir.

Kaçinski iddia edir ki, həmin müharibənin ilk qurbanı olan ölkəyə hazırda Avropa İttifaqındakı əsas tərəfdaşlarından biri olan Almaniya tərəfindən tam kompensasiya ödənilməyib.

Müharibə dövründə Polşaya vurulan zərərin hesablanması üçün 2017-ci ildən 30-a yaxın iqtisadçı, tarixçi və digər ekspertlərdən ibarət qrup hesabat üzərində işləyir. Hesabat bu gün təqdim oluacaq.

Qeyd edək ki, Almaniya iddia edir ki, Şərq Bloku ölkələrinə müharibədən sonrakı illərdə təzminat ödənilib, Polşanın sərhədlər yenidən çəkildiyi üçün Şərqdə itirdiyi ərazilər isə Almaniyanın müharibədən əvvəlki bəzi torpaqları ilə kompensasiya edilib. Berlin məsələni qapandığını artıq bəyan edib.

Polşa hökuməti isə Sovet İttifaqının təzyiqi altında ölkənin o vaxtkı kommunist liderlərinin 1953-cü il bəyanatını rədd edərək, Almaniyaya qarşı daha heç bir iddia irəli sürməməyə razılaşdığını ancaq artıq bunun keçərli olmadığını bəyan edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər