8 C
Baku
Thursday, December 12, 2024

Polşa avroya keçməkdən imtina edib

Polşa yaxın gələcəkdə milli valyutanı avroya dəyişməyəcək. “Hüquq və ədalət” hakim partiyanın rəhbəri Yaroslav Kaçinskinin fikrincə, ölkənin avroya keçməsi üçün iqtisadi inkişaf baxımından Almaniyaya çatması lazımdır.

Banker.az xəbər verir ki, mütəxəssis əlavə edir ki, zlotı ölkənin milli iqtisadiyyatının bir növ qoruyucusu kimi çıxış edir. Buna görə, “bazar iqtisadiyyatından irəli gələn çaxnaşmalar, bizi nisbətən az dərəcədə narahat edir”, – Yaroslav Kaçinski qeyd edir.

Onun sözlərinə görə, milli valyutanı qorumaq lazımdır. Qeyd etmək lazımdır ki, polyakların əksəriyyəti ümumavropa valyutasına qarşı çıxır.

Xatırladaq ki, Polşa Avropa İttifaqına 2004-cü ildə daxil olmuşdur. Avro zonasına birləşmək üçün, ölkə Avropa Mərkəzi Bankının irəli sürdüyü bir sıra tələbləri yerinə yetirməli idi. Lakin sonradan inkişaf və maliyyə naziri Mateuş Moraveçki ölkənin vahid Avropa valyutasına keçməsinin faydalı olmadığını bəyan edib. 

Son xəbərlər
Digər xəbərlər