Polşa Türkiyədən “Bayraktar TB-2” zərbə pilotsuz uçuş aparatlarının (PUA) ikinci partiyasını alıb.
Bu barədə Polşa baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşak tviter səhifəsində yazıb.
“Yenicə Miroslavetsdəki 12-ci pilotsuz uçuş aparatları bazasında aparılan PUA sınaqları uğurla başa çatdı”, – o qeyd edib.
Nazir xatırladıb ki, 6 “Bayraktar”dan ibarət ilk partiya 2022-ci ilin oktyabrında Polşaya təhvil verilib.