24 C
Baku
Thursday, September 25, 2025

Polşa Belarusla sərhədi açıb

Sentyabrın 25-nə keçən gecə Belarus–Polşa sərhədində iki avtomobil və dörd dəmir yolu keçid məntəqəsinin işi bərpa olunub. Xatırladaq ki, iki ölkənin quru sərhədi iki həftə bağlı qalmışdı.

“BelTA”nın məlumatına görə, Belarus sərhədçiləri sentyabrın 24-də yerli vaxtla saat 23:00-dan etibarən nəqliyyat vasitələrinin “Brest” buraxılış məntəqəsinə keçidinə icazə veriblər. İki saat sonra ilk avtomobillər Belarusu tərk edərək Polşaya daxil olub.

Polşa sentyabrın 12-də Rusiya–Belarus “Qərb-2025” hərbi təlimlərinə görə sərhədi bağlamışdı. Polşa sərhədçiləri keçid məntəqələrində beton bloklardan, tank əleyhinə “kirpi”lərdən və tikanlı məftildən ibarət maneələr quraşdırmışdılar. Onların sökülməsinə isə çərşənbə günü gündüz başlanılıb.

Son xəbərlər
Digər xəbərlər