15 C
Baku
Sunday, November 24, 2024

Polşa Cənubi Koreya ilə tank təchizatına dair müqavilə bağlayıb

Polşanın Müdafiə Nazirliyi Cənubi Koreya ilə “К2 Black Panther” tankları və “K9” özüyeriyən artilleriya qurğularının alınmasına dair müqavilə imzalayıb.

İmzalanma mərasimni Polşanın Moronq şəhərindəki hərbi hissədə baş tutub.

Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib ki, oktyabrda hərbçilər yeni texnikanı öyrənmək üçün Koreyaya ezam olunacaq.

Müqaviləyə görə yaxın 3 ildə “Hyundai” Polşa ordusunu180 ədəd K2 tankı ilə təchiz edəcək. Şirkət həmçinin texnikanın öyrədilməsi və sursat təchizatını da üzərinə götürüb.

 

 

Son xəbərlər
Digər xəbərlər