Polşa 6,5 milyard dollarlıq 32 ədəd F-35 qırıcı təyyarəsini maksimum 4,25 milyard dollara almaq istəyir.
Bu barədə Polşanın Müdafiə naziri Mariuş Blaşak bildirib. Nazir, həmçinin Varşavanın da Belçika kimi F-35 təyyarələrini 4,25 milyard dollara alacağına ümid bəslədiyini qeyd edərək deyib: “Bu, sazişin dəyəri deyil, yalnız maksimum qiymətdir… indi biz Konqresin təsdiqini gözləyirik, bundan sonra qiymət barədə danışıqlara başlayacağıq”.
Polşa “Harpia” proqramı çərçivəsində ABŞ-dan 32 ədəd “F-35 Lightning II” qırıcı təyyarəsi almaq niyyətindədir. Onlar postsovet MiQ-29 təyyarələrini əvəz etməlidir.
Təyyarənin istehsalçısı “Lockheed Martin” kompaniyasının vitse-prezidenti Qreq Ulmerin sözlərinə görə, ilk 12-16 təyyarə 2026-cı ilədək, qalanı isə 2030-cu ilə qədər Polşaya çatdırıla bilər.
AzerTag