Avropa məhkəməsi Polşanı Çexiya ilə sərhəd yaxınlığında kömür hasil etdiyinə görə gündəlik 500 min avro ödəməyə məcbur edib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Bildirildiyi kimi, qonşu ölkə “Turov” şaxtasından vətəndaşların sağlamlığı üçün təhlükə yaratdığını açıqlayıb.
Eyni zamanda Çexiya kömür hasilatının yaşayış məntəqələrində su problemi yaradacağından ehtiyat edir. Praqa Varşavanı gündə 5 milyon avro cərimə etməyi tələb edib.
Polşa hökumətinin Məlumat Mərkəzi “Turov” şaxtasının ölkənin energetika sistemi üçün təhdid olduğunu, buna görə də bağlanmayacağını bildirib. Obyekt qonşu elektrik stansiyanı kömürlə təchiz edir. Yalnız bu stansiya digər istilik mənbələrinin olmadığı Boqatınya şəhərini istiliklə təmin edə bilər.
Xatırladaq ki, daha əvvəl Avropa Birliyi məhkəməsi “Turov” şaxtasında bütün işləri dayandırmağı əmr etmişdi. Varşava bu tələbə məhəl qoymamışdı, buna görə də kömür hasilatını dayandırana qədər cərimə ödəməlidir.
“AB məhkəməsinin heç bir qərarı üzv dövlətlərin təhlükəsizlik əsasları ilə bağlı məsələlərə müdaxilə edə bilməz. Enerji təhlükəsizliyi də məhz bu sahəyə aiddir”, – deyə Polşa vurğulayıb.
Çexiyanın Polşaya qarşı iddiası hər iki ölkəni özündə birləşdirən Vişeqrad Qrupunun tarixində ilk deyil. Bundan əvvəl Çexiya dəfələrlə Polşa şaxtalarının yaratdığı problemlərdən danışıb, onların həlli mexanizmlərini təklif edib. Lakin Polşa bu situasiyanı həll etməyə çalışmayıb.