6 C
Baku
Monday, December 16, 2024

Polşa “Leopard”ların Ukraynaya göndərilməsi üçün Almaniyadan icazə istəyib

Polşa “Leopard” döyüş tanklarının Ukraynaya göndərilməsinə dair icazə üçün Almaniyaya müraciət göndərib.

Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşzak bildirib.

“Artıq almanlar “Leopard 2” tanklarının Ukraynaya təhvil verilməsinə dair icazənin verilməsi ilə bağlı sorğumuzu alıb. Mən Almaniya tərəfinə müraciət edirəm ki, onlar da Ukraynaya “Leopard 2″ tankları ilə dəstək verən ölkələrin koalisiyasına qoşulsun. Bu, bizim ümumi işimizdir, çünki söhbət bütün Avropanın təhlükəsizliyindən gedir!”, – müdafiə naziri deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər