6 C
Baku
Thursday, December 26, 2024

Polşa Milli Bankı faizləri sabit saxladı, valyutası bahalaşdı

Polşa zlotısı gözlənildiyi kimi Polşa Milli Bankının uçot faiz dərəcəsini 5.75% səviyyəsində saxlamasından sonra avroya qarşı bir qədər yüksəldi.

Banker.az (İnvestisiya) xəbər verir ki, 2023-cü ilin dekabr iclasından bu tərəfə Milli Bank faizlərə toxunmayıb. Həmin tarixdə 25 baza bəndi qaldırmışdı.

Növbəti faiz endirimi ehtimalı 2025-ci ilin ortalarına qədər gözlənilmir, çünki iqtisadi artım nisbətən güclüdür və inflyasiya daha da arta bilər.

“Gələn il monetar yumşalma baş verərsə, bunun məhdud olacağını düşünürük; bizim ilin sonu üçün 5.00% proqnozumuz, ümumi konsensusun 4.75% proqnozundan bir qədər yüksəkdir”- deyə, “Capital Economics”in iqtisadçısı Nikolas Farra bildirir.

EUR/PLN qərardan sonra 4.2788 səviyyəsində ticarət edilir, demək olar ki, dəyişməyib.

Son xəbərlər
Digər xəbərlər