9 C
Baku
Friday, December 13, 2024

Polşa müdafiə strategiyasını dəyişir

Polşa Şərqdən hücum olacağı təqdirdə ölkənin müdafiəsi üçün əməliyyat planını dəyişib. İndi Polşa ordusu müdafiəni əvvəllər nəzərdə tutulduğu kimi ölkənin dərinliklərində deyil, birbaşa Rusiya və Belarusla sərhəddə saxlamaq niyyətindədir.

Bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak “I.pl” saytına müsahibəsində deyib.

“Biz uzun illərdir qüvvədə olan doktrinanı tərk edirik. Sonra nəzərdə tutulurdu ki, Polşanın müdafiəsi yalnız Vistula xəttində başlayacaq və bu halda biz döyüşsüz ölkənin Şərq hissəsindən imtina edəcəyik ” – deyə nazir bildirib.

Blaşçakın sözlərinə görə, Buçadakı qırğın polyakları köhnə doktrinadan əl çəkməyə məcbur edib. Polşa hakimiyyəti öz ərazilərində belə faciələrin təkrarlanmasının qarşısını almaq niyyətindədir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər