Polşa NATO-da ən güclü quru ordusunu yaratmaq niyyətindədir.
Bunu Polşanın milli müdafiə naziri Mariuş Blaşçak həftəlik “Sieci”yə müsahibəsində deyib.
“Kreml hökmdarları güclüləri vurmayacaq. Onlar zəiflik görəndə hücuma keçirlər. İstər artilleriya, istərsə də zirehli texnika baxımından sonda Avropada ən güclü ölkə olmayacaq. NATO ölkələri arasında ən güclü quru qoşunları bizdə olacaq. Biz cəbhə xəttindəyik, şimalda Rusiya ilə, hərbi baxımdan Belarusla sərhədimiz var”, – siyasətçi bildirib.
Blaşçak, həmçinin qeyd edib ki, Polşa ordusu o qədər çoxsaylı və güclü olmalıdır ki, onun mövcudluğu potensial düşməni qorxuda bilsin.