27 C
Baku
Wednesday, September 10, 2025

Polşa ölkənin hava limanlarını bağlayıb

Polşa ölkənin hava məkanına naməlum obyektlərin daxil olması səbəbindən Varşava və Rzeşov şəhərlərinin hava limanlarını bağlayıb.

Bu barədə “Reuters” ABŞ Federal Aviasiya Administrasiyasına istinadən məlumat yayıb.

“Hazırda həmin obyektlərin müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır”, – deyə məlumatda qeyd olunur.

Məlumat üçün əlavə edək ki, Polşa Varşavanın Frederik Şopen hava limanı da daxil olmaqla, ölkənin dörd hava limanını qapadıb.

Son xəbərlər
Digər xəbərlər