Türkiyə istehsalı olan “Bayraktar TB-2” pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyası Polşaya çatdırılıb.
Polşa televiziyası PUA-ların təntənəli surətdə təqdim edilməsi mərasimini yayımlayıb.
PUA-lar Polşanın Miroslavts şəhərindəki hərbi bazada təqdim edilib.
Həmçinin o da əlavə olunub ki, müqavilənin ümumi dəyəri 270 milyon dollardır.
“Bayraktar TB2” PUA-ları həm kəşfiyyat, həm də zərbə funksiyasını yerinə yetirəcək.
Polşa Baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşak polşalı hərbçilərin Türkiyədə təlimlər keçərək PUA-ların idarəetməsini öyrəndiyini deyib.
“Müasir ordunu dronsuz təsəvvür etmək mümkün deyil”, – o əlavə edib.