26 C
Baku
Saturday, July 27, 2024

Polşa Rusiya ilə sərhəddə elektron hasar çəkəcək

Polşa Rusiya ilə sərhəddə elektron hasar çəkəcək. Şlaqbaum 200 km sərhədi əhatə edəcək və gecə-gündüz monitorinq aparmağa imkan verən sensorlar və kameralar sistemi olacaq. “TASS” yazır ki, bazar günü Polşa Sərhəd Mühafizəsinin sözçüsü Anna Mixalskaya tikintiyə mart ayında başlanacağını bildirib.

Onun sözlərinə görə, hazırda podratçı layihə hazırlayır və bu layihəni sərhəd xidməti təsdiqləməlidir. Onun dəyəri 82 milyon dollar qiymətləndirilir: “Şlaqbaumun quraşdırılmasına bu ilin martında başlanmalıdır”, – agentlik Mixalskayanın sözlərindən sitat gətirib.

2022-ci ilin noyabrında Polşa Kalininqrad vilayəti ilə sərhəddə müvəqqəti tikanlı məftillərin tikintisinə başlayıb. Varşava bu qərarı Rusiyanın Kalininqrad vilayətinin hava limanını Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün açması və miqrasiya təzyiqi təhlükəsi yaratdığı üçün qəbul edib.

Son xəbərlər
Digər xəbərlər