Polşanın ən böyük neft emalı zavodu Orlen Rusiya Federasiyası ilə neft tədarükünə dair son müqavilədən imtina edib.
Bunu şirkətin rəhbəri Daniel Obaitek Polsat telekanalının efirində deyib.
“ABŞ prezidenti Co Baydenin səfərindən sonra neft axını dayananda biz razılaşmadan imtina etmək üçün əsas əldə etdik. Bu, bir neçə gün əvvəl baş verib”, – deyə o bildirib.
“Müqavilənin şərtlərində belə bir bənd var idi ki, neft müəyyən müddət ərzində tədarük olunmazsa, o zaman müqaviləni ləğv etmək hüququmuz var”, – deyən Obaitek, bu səbəbdən şirkətin heç bir əlavə itkiyə məruz qalmayacağını vurğulayıb.