17 C
Baku
Friday, October 18, 2024

Polşa Rusiya ilə sərhədə zirehli texnika və dronlar yerləşdirəcək

“Yaxın vaxtlarda alacağımız 150 ədəd zirehli avtomobil, digər hərbi təyinatlı texnika, xüsusilə də pilotsuz uçuş aparatları Rusiya ilə sərhəddə yerləşdiriləcək”.

Bu barədə Polşa Müdafiə Nazirliyinin “X” hesabında yazılıb.

Bildirilib ki, reallaşmasına 2,5 milyard dollar sərf olunacaq layihə çərçivəsində yeni silah-sursat, dəbilqə, gecəgörmə cihazları və pilotsuz uçuş aparatlarının alınması nəzərdə tutulur.

Eyni zamanda sərhəd boyunca şəxsi heyətin sayı 1000 nəfər artırılacaq.

Son xəbərlər
Digər xəbərlər