Varşava 2022-ci ildən bəri Ukrayna münaqişəsi nəticəsində Polşaya dəymiş ekoloji zərərə görə Rusiyadan 47 milyard dollar həcmində təzminat tələb edəcək.
Bunu fevralın 26-da Polşanın iqlim naziri Anna Moskva 35-ci Karpat Avropa Konfransında deyib.
Polşalı nazir qeyd edib ki, 2022-ci ildə Ukrayna ərazisinə 33 milyon ton istixana qazı buraxılıb və qoruq ərazilərin 20%-i zədələnib.
Anna Moskva vurğulayıb ki, Karpatların təbiətinə dəyən ziyana görə Rusiyadan hesab istəyəcəklər.
“Polşa olaraq biz Karpatlar üçün təzminat tələb edəcəyik”, – deyə nazir bəyan edib.