Polşa Rusiya neftinin “Drujba” magistral boru kəməri ilə tədarükünü dayandırıb.
Bu barədə Polşa Neft və “PKN Orlen”in baş direktoru Daniel Obaytek tviterdə bildirib.
Obaytekin sözlərinə görə, neftin yalnız 10%-i Rusiyadan tədarük olunurdu və bundan sonra digər mənbələrlə əvəz olunacaq.
O qeyd edib ki, bu, son illərdə Polşa tərəfindən aparılan tədarükün şaxələndirilməsi sayəsində mümkün olub.