14 C
Baku
Saturday, November 23, 2024

Polşa Rusiyadan qaz almaqdan imtina edib

Polşa Rusiyada qazın tədarükü üzrə qısamüddətli müqavilələrdən imtina hazırdır, baxmayaraq ki, onlar ölkə üçün çox faydalı ola bilər.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, Varşava həmçinin “Qazprom” ilə dekabrda başa çatacaq uzunmüddətli əlaqəni bərpa etməyəcək. Bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə səlahiyyətli nümayəndəsi Pyotr Naimski danışıb.

Onun sözlərinə görə, Rusiyadan tədarükün payı 50% təşkil edir. Bununla belə, Polşanın dövlət neft-qaz şirkəti “PGNiG” onları əvəz etməyə hazırdır. Siyasətçi bunun Avropa qaz bazarına müsbət təsir edəcəyinə əmindir.

“Uzun illərdir ki, biz Rusiya qazını inhisarçı təchizatçılardan alırıq və digər xarici təchizatçılardan yanacağa görə ödəyə biləcəyimizdən artıq pul ödəyirik”, – deyə Pyotr söyləyir.

Polşa hökumətinin nümayəndəsi vurğulayıb ki, Rusiya qazı olmasa, Avropa bazarı sabitləşəcək və qiymətlər məqbul olacaq.

Eyni zamanda, siyasətçi hesab edir ki, “Şimal axını 2” qaz kəməri tam hazır olduğu üçün işə salına bilər. Onun sözlərinə görə, indiyədək bu layihənin həyata keçirilməsinin tərəfdarları “kölgəyə düşüb”, vəziyyət sabitləşdikdən sonra yenidən peyda ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər