Polşa yaxın gələcəkdə Rusiyadan enerji resurslarının idxalına embarqo tətbiq edəcək.
Bunu Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib.
“Avropa İttifaqı tərəfindən belə bir qərar qəbul edilməsə belə, biz özümüz bir neçə ay ərzində bu qərarı verəcəyik ki, yaxşı nümunə göstərək və digər ölkələri də buna təşviq edək”, – Şinkovski qeyd edib.
Eyni zamanda diplomat Polşanın belə bir addımının Rusiya iqtisadiyyatına ciddi təsir etməyəcəyini vurğulayıb.
“Biz əminik ki, yalnız Avropa dövlətlərinin birgə qərarının hər hansı mənası var”, – Şinkovski əlavə edib.