6 C
Baku
Sunday, December 15, 2024

Polşa Rusiyaya qarşı onuncu sanksiya paketini bloklamağı düşünür

Polşa Rusiyaya qarşı onuncu sanksiya paketini çox zəif hesab edir və bu səbəbdən onu bloklaya bilər.

Polşa Ukrayna müharibəsinin başlamasının ildönümündə Rusiyaya qarşı onuncu sanksiya paketini bloklamağa hazırdır. Varşava bu yolla sanksiyaların gücləndirilməsinə nail olmağa çalışır. Yekun qərar bu gün ölkənin Baş naziri Mateuş Moravetski tərəfindən qəbul ediləcək.

Radiostansiyanın məlumatına görə, Polşanın mövqeyi Avropa İttifaqında narahatlığa səbəb olub. Yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00) Brüsseldə sonuncu şans adlandırılan danışıqlar başlayacaq.

Reuters agentliyi Avropa İttifaqı səfirlərinin dünən 10-cu sanksiya paketi üzrə yenidən razılığa gələ bilmədiyi barədə məlumat yayıb. Rusiyanın sintetik kauçukunun sanksiya siyahısından çıxarılması barədə təklifin əleyhinə olan Polşa bunun məhdudiyyətlərin effektivliyini azaldacağını düşünür.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər