Polşanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi elektron sənədvermə – e-consulate sisteminin tətbiqinə başlayır.
Yenilik 1 noyabr 2019-cu il tarixindən qüvvəyə minir.
Qeyd olunur ki, e-consulate (https://secure2.e-konsulat.gov.pl) sisteminin göstərdiyi xidmətlər sırasına pasport, mülki və hüquqi məsələlər (o cümlədən: tərcümə, qanuniləşdirmə, repatriasiya və s.), habelə Polyaka Kartına müraciətlə bağlı məsələlər daxildir.
Bundan başqa, səfirlikdən vurğulanıb ki, qeydiyyatdan keçməyən şəxslər qəbul olunmayacaq.
©Report