17 C
Baku
Friday, May 3, 2024

Polşa səfirliyinin Rusiya banklarındakı hesabları bloklanıb

Polşanın Moskvadakı səfirliyinin Rusiya banklarındakı hesabları bloklanıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova adından yayılan məlumatda bildirilib.

“Əvvəla, qeyd edək ki, bu hekayə bu gün və ya dünən başlamayıb. Rusiyanın Polşadakı Səfirliyinin və Ticarət Nümayəndəliyinin bank hesabları hələ ötən ilin fevralında Varşava Prokurorluğu tərəfindən bloklanıb. Polşa hakimiyyətinin bu cür çirkin hərəkətləri həm sivil dövlətlər arasında ənənəvi ünsiyyət prinsiplərinə, həm də bütün hüquq normalarına, o cümlədən 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına ziddir. Nəticədə, cavab olaraq 2022-ci ilin martında Polşanın Rusiyadakı səfirliyinin hesabları bloklanıb və hesablarda olan vəsaitlər dondurulub.

Bu il martın 3-ü Rusiyanın xaricdəki qurumlarının hesablarında saxlanılan vəsaitlərin əsas hissəsi “maddi sübut” kimi vilayət prokurorluğunun hesablarına köçürülüb. Belə ki, vəsaitlərin götürülməsi və müsadirə olunmasından danışmaq tez olsa da, əvvəlki kimi onlardan istifadə edə bilmirik. Qanuni yollarla ədaləti axtarmağa davam edəcəyik. Eyni zamanda, diplomatiyada qarşılıqlılıq prinsipi işlədiyi üçün Polşanın Moskvadakı səfirliyinin də Rusiya banklarındakı vəsaitlərinə çıxışı yoxdur. Biz cavab olaraq asimmetrik ölçülərdən istifadə etmək imkanını mümkün hesab edirik”, deyə məlumatda qeyd olunub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər