6 C
Baku
Sunday, December 15, 2024

Polşa silah tədarükü üçün $1.5 milyardlıq müqavilələr imzalayıb

Polşanın Milli Müdafiə Nazirliyi orduya silah tədarükü üçün ümumi dəyəri təxminən 7 milyard zloti (1.5 milyard ABŞ dolları) olan bir neçə yeni müqavilə imzalayıb.

Bunu nazirliyin rəhbəri Mariuş Blaşak Kelsedə keçirilən beynəlxalq müdafiə sənayesi sərgisində deyib.

“Biz Polşanın müdafiə sənayesi tərəfindən istehsal olunan silahları sifariş edirik, Polşa istehsalına sərmayə qoyuruq, istehsal imkanları yaradırıq, potensialı artırırıq”, – o deyib.

Blaşakın sözlərinə görə, çərşənbə axşamı imzalanan müqavilələrin ümumi məbləği 3 milyard zloti təşkil edir ki, bu da bazar ertəsi imzalanmış sazişlərin məbləği ilə demək olar, eynidir. “Yəni iki gün ərzində Polşa dövləti müdafiə sənayesinə demək olar, 7 milyard zloti sərmayə qoyub. Bu, Vətənimizin təhlükəsizliyinə yaxşı sərmayədir”, – nazir bildirib.

Sifariş verilən silahlar arasında “Rak” atəş modulları üçün artilleriya kəşfiyyat maşınları, “Wisla” sistemi üçün idarəetmə kabinləri, “Jelcz” yük maşınları və optoelektron avadanlıqlar var.

Xatırladaq ki, bazar ertəsi Polşa ordusuna 48 “Krab” özüyeriyən haubitsa və dəstək maşınlarının tədarükü ilə bağlı müqavilə imzalanıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər