18 C
Baku
Thursday, May 16, 2024

Polşa şirkətlərinə Qarabağda bərpa-quruculuq işləri ilə bağlı 10 layihə təqdim olunub

İqtisadiyyat Nazirliyi tərəfindən Qarabağdakı quruculuq işlərinə dair 10 potensial layihə hazırlanıb və bu layihələr Polşa şirkətlərinə təqdim edilib.

Bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentlinin (AZPROMO​) sədri Yusif Abdullayev deyib.

“Layihələr həmin şirkətlərə maraqlı olarsa, gələcəkdə bu şirkətlərin Qarabağdakı işlərdə iştirakı istiqamətində addımlar atılacaq”, – Y.Abdullayev vurğulayıb.

AZPROMO-nun rəhbəri xatırladıb ki, Polşanın bu sahədə böyük təcrübəsi var: “İkinci Dünya Müharibəsindən sonra Polşa Varşavanın qurulması istiqamətində böyük işlər görüb. Bu gün keçirilən Polşa-Azərbaycan biznes forumunda da Polşa şirkətlərinin Qarabağda aparılan bərpa-quruculuq işlərinə qatılması istiqamətində dəvətlər səsləndirildi və fikir mübadiləsi aparıldı”.

Xatırladaq ki, Azərbaycan-Polşa biznes forumu sonuncu dəfə 2020-ci ildə keçirilib.

2021-ci ildə Azərbaycanla Polşa arasında ticarət dövriyyəsinin dəyəri 111 milyon 32 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 2.4 % azdır.

Bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 85 milyon 967 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 0.74 % çoxdur.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər