12 C
Baku
Wednesday, December 11, 2024

Polşa tank əleyhinə sursatların istehsalını artırır

Polşa tank əleyhinə döyüş sursatlarının istehsalını artırmaq niyyətindədir.

Bunu “Mesko” şirkətinin baş direktorunun müavini bildirib.

İstehsal Amerikanın Northrop Grumman Corp müdafiə korporasiyası ilə birgə həyata keçiriləcək.

“Hazırda biz Northrop Grumman ilə 120 mm-lik geniş çeşiddə döyüş sursatlarının istehsalı üçün texnologiya transferi və istehsal əməkdaşlığına hazırlaşırıq” dedi.

Kovalçukun sözlərinə görə, tərəflər müvafiq müdafiə müqaviləsini ya dekabrda, ya da 2024-cü ilin yanvarın əvvəlində imzalayacaqlar. Ölkə Ukraynada davam edən müharibə fonunda illik sursat istehsalını bir neçə mindən 70 minə çatdırmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər