19 C
Baku
Saturday, May 25, 2024

Polşa Ukraynadan kənd təsərrüfatı məhsullarına rüsum tətbiq etməyi tələb edib

Polşanın kənd təsərrüfatı nazirinin müavini Yanuş Kovalski bildirib ki, Polşa hakimiyyəti Ukraynadan tədarük edilən qarğıdalı və bir sıra digər kənd təsərrüfatı məhsulları üçün gömrük rüsumlarının bərpasına cəhd etmək niyyətindədir.

Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqının ötən il Ukrayna üçün bütün ixrac rüsumlarının ləğvi ilə bağlı qərarı Polşada fermerlərin itki verməsinə gətirib çıxarıb.

“Fermerlər təkcə qonşulara üstünlük verilməsi faktından narazıdırlar. Həm də Ukrayna ərazisindən gətirilən taxılın keyfiyyətindən şikayət edirlər, çünki onların fikrincə, Kiyev bazarı ucuz texniki taxılla doldurur. Varşava hazırda bu məsələdə birləşəcək Aİ ölkələrinin koalisiyasının yaradılması ilə məşğuldur”.

Kovalski bəyan edib ki, ölkə Avropa İttifaqı tərəfindən Ukrayna qarğıdalı və bəzi digər kənd təsərrüfatı məhsullarına gömrük rüsumlarının qaytarılması məsələsini yanvarın 30-da Aİ Kənd Təsərrüfatı Nazirlər Şurasının iclasında qaldıracaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər