2 C
Baku
Saturday, December 14, 2024

Polşa Ukraynaya “Bayraktar”ın alınması üçün pul toplayıb

Polşada Ukrayna üçün “Bayraktar” pilotsuz döyüş təyyarəsi almaq üçün kifayət qədər pul toplanılıb.

Qeyd edilir ki, bu məqsədlə keçirilən toplantıda 200 mindən çox insan iştirak edib.

Bu günə kimi 22,5 milyon zloti (təxminən 5 milyon ABŞ dolları) yığılıb. Eyni zamanda, təşəbbüsə qoşulmaq istəyənlər olduğu üçün yığım daha dörd gün davam edəcək.

Jurnalist Slavomir Serakovski feysbuk hesabında yazıb ki, toplantının sonunda o qədər çox insan aksiyaya qoşulmaq istəyib ki, “Zrzutka.pl” platformasının serverləri üç dəfə dayanıb. Onun sözlərinə görə, “Bayraktar” alındıqdan sonra vəsaitin qalığı Ukrayna Silahlı Qüvvələrinin Milli Bankdakı hesabına köçürüləcək.

Son xəbərlər
Digər xəbərlər