12 C
Baku
Saturday, November 23, 2024

Polşa Ukraynaya göndərəcəyi hər bir “Leopard 2” tankı üçün Aİ-dən kompensasiya istəyəcək

Polşa Ukraynaya göndərəcəyi hər bir “Leopard 2” tankı üçün Avropa İttifaqından (Aİ) kompensasiya istəyəcək.

Bu barədə Polşanın Baş naziri Mateuş Moravietski ölkənin TVN kanalına açıqlamasında bildirib. O, qeyd edib ki, Polşanın Aİ-yə bu müraciəti İttifaqın xoş niyyətinin daha bir sınağı olacaq.

Qeyd edək ki, Polşa Almaniya istehsalı “Leopard 2 döyüş tanklarının Ukraynaya göndərilməsi ilə bağlı Berlinə müraciət edib. Varşava Almaniya hökumətinin icazə verməyəcəyi təqdirdə belə sözügedən tankları Ukraynaya göndərəcəyini bəyan edib. Almaniya isə müraciətlə bağlı qərarını yaxın vaxtlarda açıqlayacağını bəyan edib.

“Biz öz qərarımızı hazırlayırıq və bunu tezliklə bəyan edəcəyik”, – deyə Almaniyanın müdafiə naziri Boris Pistorius NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Son xəbərlər
Digər xəbərlər