11 C
Baku
Sunday, December 8, 2024

Polşa və Ukrayna Baş nazirləri arasında telefon danışığı olub

Ukrayna Baş naziri Denis Şmiqal və Polşa Baş naziri Mateuş Moravietski arasında telefon danışığı olub.

Bu barədə Polşa hökumət kabinetinin mətbuat katibi Piotr Müller bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı son vəziyyət müzakirə olunub.

Ukrayna Baş naziri polşalı həmkarına Rusiyanın ötən gün Ukrayna ərazisinə böyük həcmli raket hücumları həyata keçirdiyini deyib. O bildirib ki, Rusiya ötən gecə 80-ə yaxın raketdən istifadə edib və bu raketlərin çoxu Polşa ilə həmsərhəd əraziləri vurub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər