10 C
Baku
Monday, November 18, 2024

Polşa və Ukrayna mühüm sənədlərə imza atdı

Polşa və Ukrayna arasında hökumətlərarası danışıqlardan sonra səkkiz memorandum imzalanıb.

Sənədlər sərhədyanı əməkdaşlıqdan tutmuş Ukraynanın yenidən qurulmasına qədər bir çox sahələri əhatə edir.

Polşanın Baş naziri Mateuş Moravietski sənədlərin yeni Polşa-Ukrayna müqaviləsinə gətirib çıxara biləcəyini deyib.

Ukraynanın Baş naziri Denis Şmıqal isə hökumətlərarası danışıqların yekunlarını yüksək qiymətləndirib, tərəflərin Ukrayna və Polşa arasında sərhədyanı əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəldiyini söyləyib.

Onun sözlərinə görə, memorandumlar enerji, müdafiə, transsərhəd və gömrük məsələləri, ekologiya, regional siyasət, Ukraynanın yenidən qurulması və digər sahələrdə əməkdaşlığı əhatə edir.

 

 

Son xəbərlər
Digər xəbərlər