14 C
Baku
Sunday, November 24, 2024

Polşa XİN vətəndaşının İranda saxlanılması xəbəri ilə bağlı bəyanat yayıb

Polşa Xarici İşlər Nazirliyi (XİN) Polşa vətəndaşının İranda saxlanılması xəbəri ilə bağlı bəyanat yayıb.

Bu barədə Polşa XİN-in sözçüsü Lukasz Jasina bildirib.

XİN Polşa vətəndaşının 2021-ci ilin sentyabrında İranda nəzarətə götürüldüyünü təsdiqləyib.

“Konsulluq xidmətləri Polşa vətəndaşı və onun ailəsi ilə əlaqə saxlayıb, saxlanılan şəxsə hüquqi yardım göstərilib. Onun Polşaya tez bir zamanda qayıtması üçün konsulluq və diplomatik addımlar atılıb. Biz müttəfiq dövlətlərlə də sonrakı addımlarımızı əlaqələndirmişik. Yüksək nüfuza malik olan həmin professorun maraqlarını nəzərə alaraq, XİN məsələnin təfərrüatlarını açıqlamayacaq və biz onun və qohumlarının şəxsi həyatına hörmət edilməsini xahiş edirik”, XİN bildirib.

Xatırladaq ki, İran mediası bir neçə xarici ölkə vətəndaşının casusluq ittihamı ilə saxlanıldığını bildirib.

Qeyd olunub ki, bu şəxslər qadağan olunmuş ərazilərdə torpaq nümunələrinin götürülməsi kimi casusluq hərəkətlərinə görə saxlanılıb. Media bu insidentin nə zaman baş verməsi barədə məlumat verməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər