15 C
Baku
Sunday, November 10, 2024

Polşada elektromobil alanlara maliyyə dəstəyi tətbiq olunur

Polşada 12 iyul tarixindən etibarən elektromobil alanlar üçün maliyyə dəstəyi proqramı qüvvəyə minir.

“PAP” xəbər verir ki, bu proqram batareya (BEV) və yanacaq elementi (FCEV) ilə işləyən elektromobillərə şamil olunur. İqlim və ətraf mühit naziri müavini İreneuş Zıska bildirib ki, proqram çərçivəsində fiziki şəxslərə 18,75 minədək zlotı (4895 ABŞ dolları), “böyük ailə kartı” sahiblərinə isə 27 minədək zlotı (7050 dollar) əlavə ödəniş oluna bilər.

Bununla yanaşı, bir neçə həftə sonra bu proqramdan şirkətlər, təşkilatlar, yerli idarəetmə qurumları da yararlana biləcəklər. Ümumi büdcəsi 500 milyon zlotı (130 milyon dollar) olan proqramın müddəti 2025-ci ildə başa çatır.

2020-ci ildə Polşanın “Izera” adlı yerli elektromobil brendi altında təqdim olunan SUV və hatçbak avtomobillərinin 2023-cü ildən kütləvi istehsalına başlamaq nəzərdə tutulur. Bununla yanaşı, “Mercedes-Benz” hələ 2019-cu ildə Polşada elektromobil batareyaları müəssisəsi tikəcəyini açıqlamışdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər