14 C
Baku
Sunday, November 27, 2022

Polşada ilk atom elektrik stansiyası ABŞ şirkəti tərəfindən tikiləcək

Polşa hakimiyyəti ilk atom elektrik stansiyasının (AES) tikintisi üçün ABŞ şirkətini seçib.

Bunu ABŞ-ın energetika naziri Cennifer Qranholm deyib.

“Bəzi xəbərləri bölüşmək istərdim: Polşanın Baş naziri Mateuş Morawiecki indicə Polşanın nüvə layihəsinin birinci hissəsini həyata keçirmək üçün ABŞ hökumətini və Westinghouse-u seçdiyini elan etdi”, – nazir deyib.

Onun sözlərinə görə, bu obyektin tikintisi 40 milyard dollara başa gələcək.

Bundan əvvəl Avropa İttifaqı qaz və nüvə enerjisini ekoloji cəhətdən təmiz enerji mənbələri kimi tanıyıb .

Son xəbərlər
Digər xəbərlər
X