Polşa hakimiyyəti ilk atom elektrik stansiyasının (AES) tikintisi üçün ABŞ şirkətini seçib.
Bunu ABŞ-ın energetika naziri Cennifer Qranholm deyib.
“Bəzi xəbərləri bölüşmək istərdim: Polşanın Baş naziri Mateuş Morawiecki indicə Polşanın nüvə layihəsinin birinci hissəsini həyata keçirmək üçün ABŞ hökumətini və Westinghouse-u seçdiyini elan etdi”, – nazir deyib.
Onun sözlərinə görə, bu obyektin tikintisi 40 milyard dollara başa gələcək.
Bundan əvvəl Avropa İttifaqı qaz və nüvə enerjisini ekoloji cəhətdən təmiz enerji mənbələri kimi tanıyıb .