Polşa ilk atom elektrik stansiyasının tikintisinə dair ABŞ-la saziş bağlayıb.
Bu barədə “Associated Press” məlumat yayıb.
Müqavilə ABŞ-nin “Westinghouse” və “Bechtel” şirkətləri ilə Polşanın dövlət şirkəti “Polskie Elektrownie Jadrowe” arasında imzalanıb.
Atom elektrik stansiyası Baltik dənizi sahilində Pomeraniya bölgəsində yerləşəcək.
Keçən il Polşa səlahiyyətliləri layihə üçün tərəfdaş kimi ABŞ-ı seçdiklərini elan ediblər. Polşa hər birində üç reaktor olan iki atom elektrik stansiyasının tikintisinə 40 milyard dollar xərcləməyi planlaşdırır.