Polşada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.
Bu barədə Polşanın səhiyyə naziri Adam Nedzelski Varşavada mətbuat konfransında deyib.
“Biz artıq Polşada üçüncü dalğanın başladığını deyə bilərik”, – deyə Nedzelski bildirib.
O qeyd edib ki, son zamanlar ölkədə koronavirusa yoluxanların sayı artır. Ölkədə epidemiyanın başlanğıcından 1 623 218 nəfər koronavirusa yoluxub, 41 823 nəfər isə dünyasını dəyişib.