17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Polşada qismən lokdaun tətbiq olunur

Screen Shot 2021 09 02 at 14.34.20

Polşada koronavirusa yoluxmalardakı dalğalanmalarla əlaqədar olaraq, şənbə günündən ölkədə lokdaun tətbiq olunacaq.

“Reuters” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Niedzelski bildirib.

O, teatrlar, kinoteatrlar, alış-veriş mərkəzləri, mehmanxanarın bağlanacağını, məktəblərin onlayn tədrisə keçəcəyini deyib.

“Bundan belə yalnız bölgələrdə məhdudiyyətlərlə irəli gedə bilmərik. Yeganə çarə həmin məhdudiyyətləri bütün Polşaya şamil etməkdir. Bununla pandemiyanı yüngülləşdirmək, yaxud ən azı üçüncü dalğanı yavaşlatmaq mümkün olmasa, növbəti addım kimi xalis lokdaun, yəni hər yerdə hər şeyi bağlamaq olacaq”, – deyən nazir yeni yoluxmaların 52 faizinin Böyük Britaniya ştammının payına düşdüyünü də qeyd edib.

Ölkədə bu gün 25 062 yoluxma halı qeydə alınıb ki, bu da ilin əvvəlindən bu yana ən yüksək gündəlik rəqəmdir. Həmçinin bu gün 38 milyonluq ölkədə və 453 koronavirus xəstəsi dünyasını dəyişib. İndiyədək Polşada 1 956 974 nəfər koronavirusa yoluxub, bunların 48 032-si ölüb.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər