12 C
Baku
Saturday, November 23, 2024

Polşanın blokadası səbəbindən Ukrayna zavodları bağlanır

Ukraynanın boru zavodları ölkənin Polşa ilə sərhədindəki keçid məntəqələrinin blokadası ilə bağlı vəziyyətə görə istehsalını dayandıra bilər.

Bu barədə ölkənin “Ukrtruboprom” mədən-metallurgiya kompleksinin sənaye assosiasiyasının saytında məlumat verilib.

“Ukrtruboprom”un bildirdiyinə görə, Ukrayna-Polşa sərhədində boru yüklü çoxlu yük maşınları dayanıb, nəticədə çatdırılma müddəti artıb. Assosiasiya xəbərdarlıq edib ki, tətilin digər Şərqi Avropa dövlətlərini də əhatə etməsi təhlükəsi var.

“Əgər bu baş verərsə, cəbhəyanı rayonlarda yerləşən demək olar ki, bütün boru zavodları dekabrın ortalarından istehsalı dayandırmalı olacaq”, – hesabatda deyilir.

Son xəbərlər
Digər xəbərlər