13 C
Baku
Friday, November 22, 2024

Polşanın hərbi xərcləri rekord həddə çatıb

Moskva və Minskin təhdidləri fonunda Polşanın hərbi xərcləri rekord həddə çatıb.

Bunu baş nazir Donald Tusk bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Polşa hərbi xərcləri ÜDM-in 4,7%-nə qədər artırmağı planlaşdırır – təxminən 58,3 milyard dollar.

Polşa ordusu 300 min nəfərə qədər artmalıdır. Ölkə həmçinin Rusiya və Belarusla sərhədlərində müdafiəni gücləndirir, öz hərbi istehsalını artırır, ABŞ və Cənubi Koreyadan silah alır.

Qeyd olunub ki, Polşa artıq Aİ və NATO ölkələri arasında hərbi xərclərə görə liderdir. Bu qərar Rusiyanın Ukraynaya müdaxiləsi və Moskva və Minskin davamlı təhdidləri ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər