15 C
Baku
Saturday, April 20, 2024

Polşanın “LOT” aviaşirkəti Varşavadan Bakıya birbaşa reyslərə başlayacaq

Polşanın “LOT” aviaşirkəti may ayından etibarən Varşava-Bakı istiqamətində birbaşa reyslərə başlayacaq.

Bu barədə məlumat aviaşirkətin sosial şəbəkələrdəki hesablarında yayılıb. Qeyd edilib ki, Bakı şəhəri aviaşirkətin uçuş şəbəkəsindəki növbəti şəhər olacaq.

Varşava Şopen Beynəlxalq Aeroportundan Bakıya uçuşlar həftədə dörd dəfə (çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri) həyata keçiriləcək. İlk uçuş mayın 27-də baş tutacaq.

Aviaşirkətin internet səhifəsində Varşava-Bakı arasında uçuşlar üçün biletlərin satışına start verilib.

 

 

Son xəbərlər
Digər xəbərlər