“Müharibəyə hazırlaşmalıyıq, çünki Polşa 3-10 ildən sonra Rusiya ilə savaşa cəlb edilə bilər”.
Bunu Polşanın müdafiə nazirinin müavini Martsin Oçepa bildirib.
“Rusiya ilə çox ciddi müharibə riski var. Biz onunla yaxın 3-10 il ərzində qarşılaşa bilərik. Biz bu müddətdə Polşa ordusunu maksimum silahlandırmalıyıq”, – o deyib.
M.Oçepa vurğulayıb ki, bütün hadisələr Ukrayna müharibəsinin necə başa çatacağından asılıdır.