14 C
Baku
Sunday, November 24, 2024

Polyaklar Ukraynada itirdikləri əmlakı geri qaytarmaq istəyirlər

Polyaklar Qərbi Ukraynada İkinci Dünya Müharibəsi zamanı itirdikləri əmlakı geri qaytarmaq istəyirlər və məhkəmələrə 1,5 mindən çox iddia qaldırıblar.

Bunu “Strana” qəzetinə müsahibəsində polşalı siyasətçi Konrad Renkas deyib.

“Bu insanlar ya əcdadlarına məxsus mənzilləri və evləri geri qaytarmaq, ya da daşınmaz əmlaka görə Ukraynadan təzminat tələb etmək istəyirlər”, o deyib.

Hüquqi baxımdan, bərpa məsələsi hələ 1990-cı illərdə, Varşava müvafiq qanunu qəbul edəndə bağlanmışdı. Sonra Polşa hökuməti qurbanlara və ya onların nəsillərinə itirilmiş əmlakın beşdə birini ödəyib.

Bundan başqa Polşa Almaniyadan İkinci Dünya müharibəsinə görə rəsmən təzminat tələb edəcək.

Belə ki, Polşa İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin vurduğu zərəri 6,2 trilyon zlot (təxminən 1,3 trilyon dollar) qiymətləndirir.

Bildirilib ki, insan itkiləri 5,2 milyon nəfər, birbaşa maddi ziyan 797 milyon zlot, mədəniyyət sahəsində ölkə 19 milyon zlot, bank sektorunda 89 milyon zlot itirib. Ayrı bir maddə sığorta itkiləridir.

 

 

Son xəbərlər
Digər xəbərlər